Haqqımızda

Bizim hekayəmiz

2018-ci ilin noyabr ayından fəaliyyətə başlamış İLEC tədris mərkəzində alman, ingilis və rus dilləri üzrə yüksək səviyyədə və ən bacarıqlı müəllimlər tərəfindən tədris olunan dil kursları təklif olunur. Bu kurslarda qısa bir zamanda xarici dilin müxtəlif səviyyələrinə yiyələnmək mümkündür. Hər bir səviyyənin sonunda sınaq imtahanları keçirilir. Burada həmçinin TestDaF, Goethe, Telc, ÖSD imtahanlarında uğurlu nəticələrə zəmanət verən professional hazırlıq kursları da təşkil edilir.

Kurslarda Almaniyadan gətirilmiş orijinal dərs vəsaitlərini və müxtəlif tədris materiallarını əldə edə bilərsiniz. Çox peşəkar müəllimlər tərəfindən tədris olunan dərslərdə siz istənilən dil səviyyəsini sürətli və səmərəli şəkildə mənimsəmə imkanı əldə etmiş olursunuz. Tədris etdiyimiz dərslərdə şifahi danışığa xüsusi önəm verilir və nəticə olaraq kurs iştirakçıları qrammatik biliklərlə yanaşı sərbəst danışmaq bacarığına da yiyələnirlər. Dərslərdə ortaya çıxan problemləri aradan qaldırmaq üçün dərsdən sonra personal tərəfindən fərdi yanaşma mövcuddur.

Tələbələrin güvənini qazanmış müəllimlərə siz də etibar edirsinizsə, kursumuza məmnuniyyətlə qoşula bilərsiniz!

20-dən çox institusional tərəfdaş